TURKISH GENOCIDE STUDIES CENTER
A glimpse to our history of Genocide
Having rich resources and favorable geo-political position, Azerbaijan has always aroused the appetite of its greedy neighbors, and has been subjected to occupation and violence at various stages in history, and has endured unequal struggles against the Russian and Persian empires. The basis for the division and occupation of our historical lands was laid after the 1813 Gulustan and 1828 Turkmenchay agreements signed between these two predatory, occupying states. To suppress the Muslim population in the lands of Northern Azerbaijan, given to Tsarist Russia, and to fill those territories with loyal, obedient "dogs", elements without any historical roots, lineage and state – armenians were deemed as the most suitable candidates and soon they were resettled in Azerbaijan. The genocide of the local population has become a part and tool of this occupation policy. Although the armenians settled in the territories of the Yerevan, Nakhchivan and Karabakh khanates were a minority compared to the Azerbaijanis living there, they managed to create an administrative division called the "Armenian province" under the auspices of their patrons, and the ideas of "Great armenia" began to be propagated. Inspired by the dream of creating a "Great armenia", the armenian invaders using the political turmoil and chaos in the region skillfully tried to implement their nefarious policies in different periods of the last century - 1905-1907, 1918-1920, 1948-1953, 1988-1992. Armenians, who relied on Russia and did not hesitate to carry out large-scale bloody actions against Azerbaijanis, everywhere - from Baku to the Azerbaijani villages in present-day Armenia, massacred civilians, burned villages and destroyed national cultural monuments. According to historical sources, in March-April 1918 alone, more than 12,000 Azerbaijanis were killed in Baku, Shamakhi, Guba, Karabakh, Zangazur, Nakhchivan, Lankaran and other parts of Azerbaijan. The March 31 tragedy was marked in 1998 by the decree of President Heydar Aliyev as the Day of Genocide of Azerbaijanis.
Mirvari Gasimova, PhD on Philology,
senior teacher of Foreign Languages Center
at the Faculty of Philology of the Azerbaijan State Pedagogical University
Soyqırım yaddaşımıza ötəri nəzər
Zəngin resursları, əlverişli geo-siyasi mövqeyi ilə acgöz qonşularının iştahını qabardan Azərbaycan tarixin müxtəlif dövrlərində işğal və zorakılığa məruz qalmış, özündən qat-qat güclü olan Rus və Fars imperiyasına qarşı qeyri bərabər mübarizələrə sinə gərmişdir. Tarixi torpaqlarımızın bölünməsinin və zəbt edilməsinin əsası bu iki yırtıcı, işğalçı dövlət arasında imzalanan 1813-cü il Gülüstan və1828-ci il Türkmənçay müqavilələrindən sonra qoyulmuşdur. Çar Rusiyasının tərkibində qalan Şimalı Azərbaycan torpaqlarındakı müsəlman əhalini sıxışdırmaq və həmin əraziləri imperiyaya sadiq, itaətkar ‘köpəklərlə’ doldurmaq siyasəti gerçəkləşdirmək üçün isə tarixi kökü, soyu və dövləti olmayan ermənilər münasib bilindi və qısa zamanda onların Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Yerli əhalinin soyqırımı bu işğal siyasətinin bir hissəsinə, alətinə çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıqda olsalar da öz havadarlarının himayəsi ilə "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular, "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları keçən əsrin müxtəlif dövlərində - 1905-1907, 1918-1920, 1948-1953, 1988-1992-ci illərdə bölgədə baş verən siyasi çaxnaşmalardan, qarışıqlıəqdan məharətlə istifadə edərək öz mənfur siyasətlərini həyata keçirməyə çalışıblar. Rusiyaya arxalanan vəı Azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirməkdən çəkinməyən ermənilər hər yerdə - Bakıdan tutmuş indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərinədək, kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv etmişlər. Tarixi mənbələrə əsaslansaq, təkcə 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində 12 mindən çox azərbaycanlını qətlə yetirilmişlər. 31 Mart faciəsi 1998-ci ildə prezident Heydər Əliyev fərman ilə Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
ADPU-nun Filologiya Fakültəsi nəzdində
Xarici Dillər Mərkəzinin baş müəllimi,
filologiya üzrə fəlsəfə doktoru Mirvari Qasımova