top of page

 

 

Atrocités arméniennes inhumaines au début du XXe siècle

Au cours des deux derniers siècles, les nationalistes arméniens ont commis des atrocités sans précédent sur les terres azerbaïdjanaises, ont procédé au nettoyage ethnique, à la déportation et au génocide contre notre peuple. L'une des tragédies les plus terribles qui ont frappé notre peuple a été les massacres commis en mars-avril de 1918 par les groupes armés dashnak-bolcheviks opérant à Bakou.

Le 30 mars, des groupes arméniens ont ​​ouvert le feu sur la population turco-musulmane de Bakou, déclenchant ainsi le génocide. Tôt le matin du 31 mars, des groupes bolcheviks-dachnaks ont attaqué des quartiers azerbaïdjanais. À la demande de Shaumyan, deux avions ont commencé à bombarder des quartiers azerbaïdjanais depuis les airs et des navires de guerre depuis la mer. Les Dashnaks, saisissant l'occasion de s'emparer du peuple azerbaïdjanais, ont également bombardé les villages du nord d'Absheron. Le matin du 31 mars, toutes les unités militaires arméniennes ont fait irruption dans les maisons musulmanes, ont tué des habitants, les ont coupés avec des poignards et des baïonnettes, ont jeté des enfants dans des maisons en feu et ont porté des bébés au bout des baïonnettes. Les corps de 57 femmes musulmanes avec les oreilles, le nez coupés et le ventre déchiré ont été retrouvés dans une seule rue de la ville. Les habitants qui tentaient de s'enfuir ont été abattus à la mitrailleuse. Après la destruction de nombreux quartiers musulmans, l'opération de prise de la Vieille Ville débute le soir du 31 mars. Les Azerbaïdjanais, victimes d'un terrible génocide, ont arrêté la résistance le 31 mars. Néanmoins, les groupes arméniens dashnaks ont ​​poursuivi le génocide jusqu'à tard le 2 avril. Selon les données officielles, plus de 12 000 Azerbaïdjanais ont été tués à Bakou à la suite du génocide de mars.

Les événements du 31 mars sont l'une des nombreuses tragédies et génocides qui ont frappé le peuple azerbaïdjanais. Après la restauration de l'indépendance de l'Azerbaïdjan, l'occasion s'est présentée d'évaluer objectivement le passé historique de notre peuple. Une à une, les vérités qui avaient été cachées pendant de nombreuses années et couvertes par diverses interdictions ont été révélées. Le décret du dirigeant national Heydar Aliyev "Sur le génocide des Azerbaïdjanais" daté du 26 mars 1998 a donné une évaluation politique et juridique des événements du génocide et a déclaré le 31 mars Journée du génocide des Azerbaïdjanais afin de commémorer toutes les tragédies du génocide commises contre les Azerbaïdjanais.

Faculté de Philologie de l'UPEA

Professeure du Centre des langues étrangères Nigar Mirzayeva

XX əsrin əvvəllərində insanlığa sığmayan erməni vəhşilikləri

Son iki əsrdə erməni millətçiləri Azərbaycan torpaqlarında misligörünməmiş vəhşiliklər törətmiş, xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakıda fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi amansızlıqla törədilmiş kütləvi qırğınlar olmuşdur.

Martın 30-da erməni daşnak dəstələri tərəfindən Bakının türk-müsəlman əhalisinə ilk atəş açıldı və beləliklə, soyqırımı başlandı. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələrə hücum etdilər. Şaumyanın göstərişi ilə 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombalamağa başladılar. Azərbaycan xalqına divan tutmaq üçün əllərinə fürsət düşmüş daşnaklar Abşeronun şimalındakı kəndləri də toplardan atəşə tutdular. Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpələri süngülərin ucuna keçirirdilər. Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Qaçıb canını qurtarmağa çalışan əhalini pulemyotlardan gülləbaran edirdilər. Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra martın 31-də axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı. Dəhşətli soyqırıma məruz qalan azərbaycanlılar martın 31-də müqaviməti dayandırdılar. Buna baxmayaraq erməni daşnak birləşmələri soyqırımı aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdilər. Rəsmi məlumatlara görə, mart soyqırımı nəticəsinində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi.

31 mart hadisələri Azərbaycan xalqının başına gətirilən çoxsaylı faciə və soyqırımlardan biridir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişini obyektiv qiymətləndirmək imkanı yarandı. Uzun illər gizli qalan, müxtəlif qadağalarla ört-basdır edilmiş həqiqətlər bir-bir açıldı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı hadisələrinə siyasi-hüquqi qiymət verildi və Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

ADPU-nun Filologiya Fakültəsi nəzdində

Xarici Dillər Mərkəzinin müəllimi Nigar Mirzəyeva

bottom of page