top of page

KHOJALY GENOCIDE-TRAGEDY OF THE XX CENTURY

Genocide is the most terrible crime against all mankind, against history, descendants and the memory of ancestors. Not a single nation, not a single state, not a single omnipotent empire has been given the right to decide the fate of entire peoples, to involve peoples in the processes of mutual extermination, to test deadly weapons over entire regions, to subject several generations to mass destruction at the same time.

The Armenian-Azerbaijani conflict is the oldest active conflict in the post-Soviet space. Its historical roots lie in the centuries-long claims of Armenia to the territory of Azerbaijan. In early 1988, the Armenians launched an aggression against Azerbaijan with the aim of unilaterally seizing Nagorno-Karabakh and annexing it to Armenia. In late 1991 - early 1992, military operations against Azerbaijan intensified. Khojaly, a city in the Nagorno-Karabakh region with an area of ​​940 square kilometers and a pre-conflict population of 7,000, was the target of one such operation.

On February 28, a group of journalists on two helicopters managed to get into the scene of a bloody crime. The terrible sight shocked everyone: the ground was completely covered with dead bodies. According to journalist Chingiz Mustafayev, who is part of the group, among the victims were “dozens and dozens of children aged 2 to 15, women and the elderly. Most were killed by direct shots to the head. Some people were taken aside and killed separately; many families were shot in their entirety. Some of the bodies had several wounds, but one was always on the head. This suggests that the wounded were finished off. Several children's bodies were found with cut off ears, the body of an elderly woman with skin removed from the left half of her face. The men were scalped”.

The Khojaly genocide is the largest and bloodiest episode of the conflict, but far from the only one. Indeed, the massacres in other Azerbaijani settlements (Jamilli, Meshali, Kerkijahan, Malybeyli and Gushchular) committed by Armenia just before the massacre should be seen as preparatory steps towards the assault on Khojaly.

In addition to Khojaly, Armenia occupied other Azerbaijani territories in the Nagorno-Karabakh region and seven adjacent regions. This was followed by an ethnic cleansing of the occupied areas, as a result of which about a million Azerbaijanis were forced to leave their homes and other grave war crimes were committed. The result of the conflict was the formation of a dependent, ethnically homogeneous separatist entity in the occupied Azerbaijani territory.

The news of the tragic events that took place on the frosty night of February 26 spread throughout the world. We, Azerbaijanis, wherever we are, must speak about it, using all available resources, forces and opportunities, demonstrating national solidarity and protest!

Gunay Aliyeva, senior teacher of  Foreign Languages Center

at the Faculty of Philology of the Azerbaijan State Pedagogical University

XOCALI SOYQIRIMI-XX ƏSRİN FACİƏSİ

Soyqırım bütün bəşəriyyətə, tarixə, nəslinə, əcdadların xatirəsinə qarşı törədilmiş ən dəhşətli cinayətdir. Heç bir xalqa, heç bir dövlətə, heç bir qüdrətli imperiyaya bütöv xalqların taleyini həll etmək, xalqları qarşılıqlı qırğın proseslərinə cəlb etmək, bütün bölgələrdə ölümcül silahları sınaqdan keçirmək, bir neçə nəsli eyni anda kütləvi qırğına məruz qoymaq hüququ verilməyib.

Ermənistan-Azərbaycan münaqişəsi postsovet məkanında ən qədim aktiv münaqişədir. Onun tarixi kökləri Ermənistanın Azərbaycan ərazisinə çoxəsrlik iddialarında dayanır. 1988-ci ilin əvvəlində ermənilər Dağlıq Qarabağı birtərəfli qaydada ələ keçirmək və Ermənistana birləşdirmək məqsədi ilə Azərbaycana qarşı təcavüzə başladılar. 1991-ci ilin sonu - 1992-ci ilin əvvəllərində Azərbaycana qarşı hərbi əməliyyatlar intensivləşdi. Belə əməliyyatlardan birinin hədəfi Dağlıq Qarabağ bölgəsində 940 kvadrat kilometr ərazisi və münaqişədən əvvəl 7 min əhalisi olan Xocalı şəhəri olub.

Fevralın 28-də iki helikopterdə bir qrup jurnalist qanlı cinayət hadisəsi yerinə düşə bilib. Dəhşətli mənzərə hər kəsi şoka saldı: yer tamamilə cəsədlərlə örtülmüşdü. Qrupa daxil olan jurnalist Çingiz Mustafayevin sözlərinə görə, qurbanlar arasında “2-15 yaş arası onlarla uşaq, qadınlar və qocalar var idi. Əksəriyyəti birbaşa baş nahiyəsinə atəş açaraq öldürülüb. Bəziləri kənara çəkilərək ayrı-ayrılıqda öldürülüb; bir çox ailə bütövlükdə güllələnib. Cəsədlərin bəzilərinin bir neçə yarası olsa da, bir güllə yarası həmişə başında idi. Bu da bu fərziyəyə gətirib çıxarır ki, yaralıları ölənə kimi vururdular. Qulaqları kəsilmiş bir neçə uşaq meyidi, üzünün sol yarısının dərisi çıxarılan yaşlı qadın meyidi tapılıb. Kişilərin baş dərisi soyulmuşdu.”

Xocalı soyqırımı münaqişənin ən böyük və ən qanlı epizodudur, lakin yeganə deyil. Həqiqətən də Ermənistanın bu qırğından bir qədər əvvəl Azərbaycanın digər yaşayış məntəqələrində (Cəmilli, Meşəli, Kərkicahan, Malıbəyli və Quşçular) törətdiyi qırğınlar Xocalıya hücuma hazırlıq addımları kimi qiymətləndirilməlidir.

Ermənistan Xocalıdan başqa Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki digər ərazilərini və ona bitişik yeddi rayonu da işğal edib. Bunun ardınca işğal olunmuş ərazilərdə etnik təmizləmə aparılıb, nəticədə bir milyona yaxın azərbaycanlı öz evlərini tərk etmək məcburiyyətində qalıb və digər ağır hərbi cinayətlər törədilib. Münaqişənin nəticəsi işğal olunmuş Azərbaycan ərazisində asılı, etnik cəhətdən homojen separatçı qurumun formalaşması oldu.

Fevralın 26-nın şaxtalı gecəsində baş verən faciəli hadisələrin xəbəri bütün dünyaya yayıldı. Biz azərbaycanlılar, harada oluruqsa olaq, bütün mövcud vəsaitlərdən, qüvvələrdən və imkanlardan istifadə edərək, milli həmrəylik nümayiş etdirərək, etiraz edərək bu barədə danışmalıyıq!

ADPU-nun Filologiya fakültəsi nəzdində

Xarici Dillər Mərkəzinin baş müəllimi Günay Alıyeva

bottom of page