top of page

https://www.genocideconference.org/turkce

 

DÜNYA SOYQIRIM ARAŞDIRMALARI KONFRANSI-2

26-27 İYUN 2021

Ankara

 

MƏQALƏ ÇAĞIRIŞI

Hörmətli akademiklər, tədqiqatçılar, elm adamları, QHT nümayəndələri, Sizləri Azərbaycanda keçiriləcək Dünya Soyqırımı Araşdırmaları Konfransına dəvət edirik.

İnsanlığın yarandığı gündən bəri Amerika, Avropa, Avrasiya - Azərbaycan, Qərbi Azərbaycan, Avstraliya, Yaxın Şərq və Afrikada çox sayda kütləvi vəhşiliklərin, soyqırımların şahidi olunmuşdur. Bu konfransı təşkil etməklə vəhşilik və kütləvi qətliamların qarşısını almaq üçün həssas yanaşma və insanpərvərliyi inkişaf etdirməyi hədəfləyirik. Xüsusilə belə faciələr yaşamamış nəsillər arasında maarifləndirmə aparmaq, tarixi araşdırmaq və təbliğ etməkdir. Konfransda soyqırım və kütləvi qətliamlar  haqqında tarixi və müasir araşdırmaların nəticələrini məruzələrlə təqdim etmək və dünyaya səs salmaq qarşıya məqsəd qoyulmuşdur. Bu səbəbdən tədqiqatçıları, elm adamlarını, tarixçiləri və QHT üzvlərini bu mənalı tədbirdə iştirak etməyə dəvət edirik.

Afrika, Amerika, Avrasiya - Azərbaycan, Qərbi Azərbaycan, Balkanlar, Kamboca və digər bölgələrdə baş vermiş soyqırımlarla əlaqədar aşağıdakı mövzularda yazılmış araşdırmalarla konfransa müraciət edə bilərsiniz.

Konfransa aşağıdakı mövzularda elmi tədqiqat və araşdırmalar qəbul edilir.

Türkiyəyə və Türk dünyası tarixinə qarşı yalan iddiaları əhatə edən araşdırmalar nəzərə alınacaqdır.

- Soyqırımla bağlı Akademik Tədqiqatlar

- Beynəlxalq insan hüquqları - beynəlxalq cinayət hüququ perspektivi.

- Sosial Psixologiya

- Tarix

- Siyasi Elmlər

- Nifrət dili və propaqanda

- Müəyyən qruplara qarşı şiddət

- Qanun çərçivələrinin yaradılması

- Soyqırımların qarşısının alınması

- Vətəndaş cəmiyyətinin rolu

- Milli Müdafiə

- Qlobal informasiya cəmiyyəti

- Təhsil proqramları

- Təhsil vasitələrinin inkişafı

- Milli və institusional fikirlər

- Kütləvi qətl cinayətlərinin, xüsusən soyqırımların qarşısının alınması üçün vasitələrin hazırlanması.

 - Birləşmiş Millətlər Təşkilatı sistemi

-  Sənət, Film

 - Dil, Ədəbiyyat

- Coğrafiya

 

Vacib tarixlər

Son tezis göndərmə tarixi: 1 İyun 2021

Son qeydiyyat tarixi: 5 İyun 2021

Proqramın yayımlanması tarixi: 8 İyun 2021

Tam mətn göndərmə tarixi:  5-20 İyun 2021

Konfrans Kitabının yayın tarixi: 15 İyul 2021

MÜRACİƏT / TEZİS GÖNDƏRMƏ

Xahiş edirik tezisinizi 1 İyun 2021-ci il tarixinədək info@genocideconference.org elektron poçt ünvanına göndərəsiniz

Kor hakim üsulu ilə nəzərdən keçiriləcək tezisinizin qəbul və ya rədd məktubu 5 gün ərzində sizə göndəriləcəkdir.

 Tezis və Tam mətn yazma Qaydaları:

- Times new roman

- 11 şrift Tezis

- 12 şrift Tam mətn

- Bütün müəlliflərin adı və soyadı, İşlədiyi müəssisə, Elektron poçt ünvanları, ORCID nömrələri və mobil telefon nömrələri (doğrulama kodu üçün tələb olunur. Telefon nömrələri tezis kitabında göstərilməyəcək)

- Ən azı 3 açar söz

- İngilis dilində yazılmalıdır.

- ədəbiyyat siyahısı daxil edilməməlidir.

- Tezis ən azı 200 söz olmalıdır

- Tam mətn ən azı 600 söz olmalıdır

 - Ədəbiyyat siyahısı: APA Stili

SERTİFİKAT

Çap olunmuş sertifikatlar təqdimatdan dərhal sonra canlı konfrans iştirakçılarına verilir.

PDF sertifikatlar təqdimatdan dərhal sonra onlayn iştirakçıya göndərilir

Nəşr prosesi

15 İyul 2021-ci il tarixində 2 ayrı ISBN-lə Tezislər Kitabı və Tam Mətnlər Kitabları konfrans e-kitabları olaraq nəşr olunacaqdır. Kitablara əlavə olaraq, soyqırım tarixlərinə aid bir soyqırım ensiklopediyası hazırlanacaqdır. Fərqləndirilmiş tam mətnlər soyqırım ensiklopediyasının bir hissəsi olaraq seçilərək çap ediləcəkdir.

 

KONFRANSIN DİLLƏRİ

-Azərbaycan, Türk, Rus, Fransız, Ərəb

Konqresin əsas dili ingilis dilidir. Ancaq təqdimat etmək üçün kifayət qədər ingilis dilini bilmirsinizsə, təqdimatınızı Türkiyə və Azərbaycan türkcələrində edə bilərsiniz.

İştirak və məruzə üçün iki variant təqdim ediləcəkdir:

- Bakı Şəhəri Bakı Avrasiya Universitetində canlı, üz-üzə iştirak

- Onlayn şəkildə iştirak

NƏQLİYYAT VƏ QARŞILAMA

İştirakçıların özlərinə aiddir

Təşkilat komitəsi

 

Prof.Dr. Gülzar İBRAHİMOVA

Bakı Avrasiya Universiteti. Prorektor.

Əlaqə nömrəsi: (Vatsapp) +994 77 331 98 24

bottom of page