TURKISH GENOCIDE STUDIES CENTER
The history of Armenian genocide and vandalism against Azerbaijani people
The history of the Armenian nationalists` policy of genocide against the Azerbaijani people dates back to the early 18th century when tsarist Russia was exploiting the Armenians by promising them to create an Armenian state in the Caucasus in order to ramp up its expansionist policy towards the South Caucasus. In order to realize their fabricated idea of “Greater Armenia”, the Armenians began to falsify their own history and the history of Azerbaijan. In March of 1918, Stepan Shaumyan was appointed as the commissar extraordinary of the Caucasus and dispatched to Baku. Presented under the guise of the “fight against anti-revolutionary elements”, this plan was carried out by Baku Commune led by Dashnak-Bolshevik Shaumyan. Among the deadliest of the massacres against the Azerbaijanis are those committed by the Armenian armed forces in Baku, Shamakhi, Guba, Goychay, Kurdamir, Salyan, Lankaran and other regions in March, 1918.
Kulner, a German witness of those tragic events, wrote in his memoirs on Baku in 1925: “The Armenians attacked Muslim (Azerbaijani) settlements, killing everybody, cutting them up with swords and bayoneting. Several days after the genocide corpses of 87 Azerbaijanis were pulled out from a groove. Their ears and noses were cut off, their abdominals were ripped up and genitals chopped. The Armenians showed no mercy to children and elderly people.”
Guba genocide mass grave was discovered during excavation works on April 1, 2007. In 2009, the Cabinet of Ministers issued an Order to approve the “Plan of measures to immortalize victims of massacre in Guba district”, which included the erection of a memorial in the site of the mass grave. The Guba Genocide Memorial Complex was unveiled on September 18, 2013. It was later discovered that apart from Azerbaijanis, representatives of other ethnicities living in Guba were massacred and buried in the mass grave, including Lezgis, Jews, and Tats.
On the night of February 25-26, 1992, helped by the 366th motor rifle regiment, the Armenian armed forces attacked the town of Khojaly to commit one of the gravest crimes against humanity. The Khojaly genocide saw the killing of 613 civilians, including 106 women and 70 elders. Eight families were completely annihilated, and 1,275 people were taken hostage, 25 children lost both, 130 children lost one of their parents.
Ensuring international recognition of the Khojaly genocide is today one of the key priorities of the foreign policy of the Republic of Azerbaijan. The parliaments of 13 countries have officially recognized the Khojaly genocide, including Mexico in 2011, Pakistan and Colombia in 2012, Czech Republic, Bosnia and Herzegovina, Peru, Panama and Jordan in 2013, Sudan and Honduras in 2014, Guatemala in 2015, Djibouti and Paraguay in 2017. In addition, 22 U.S. states as well as the Organization of Islamic Cooperation adopted resolutions and other documents, recognizing the Khojaly genocide.
Yasaman Babayeva, senior teacher of Foreign Languages Center
at the Faculty of Philology of the Azerbaijan State Pedagogical University
Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı və vandalizminin tarixi
Erməni millətçilərinin Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin tarixi XVIII əsrin əvvəllərinə təsadüf edir ki, çar Rusiyası Cənubi Qafqazda ekspansionist siyasətini gücləndirmək üçün Qafqazda erməni dövləti yaratmağı vəd edərək erməniləri istismar edirdi. Buna görə də, ermənilər uydurma “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün öz tarixlərini və Azərbaycan tarixini saxtalaşdırmağa başladılar. 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edilərək Bakıya göndərildi. “Antiinqilabçı ünsürlərə qarşı mübarizə” adı altında təqdim edilən bu planı daşnak-bolşevik Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası həyata keçirirdi. Azərbaycanlılara qarşı ən qanlı qırğınlar sırasında erməni silahlı birləşmələrinin 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Göyçay, Kürdəmir, Salyan, Lənkəran və digər rayonlarda törətdikləri qətliamlardır.
Həmin faciəli hadisələrin şahidi Alman Kulner 1925-ci ildə Bakı haqqında xatirələrində yazırdı: “Ermənilər müsəlman (azərbaycanlı) yaşayış məntəqələrinə hücum etdilər, hamını öldürdülər, onları qılıncla və süngü ilə kəsdilər. Soyqırımdan bir neçə gün sonra 87 azərbaycanlının cəsədi çuxurdan çıxarılıb. Onların qulaqları və burunları kəsilib, qarınları yarılıb, cinsiyyət orqanları doğranıb. Ermənilər uşaqlara, qocalara belə rəhm etmirdilər”.
Quba soyqırımı kütləvi məzarlığı 2007-ci il aprelin 1-də qazıntı işləri zamanı aşkar edilib. 2009-cu ildə Nazirlər Kabineti “Quba rayonunda qətliam qurbanlarının əbədiləşdirilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Kütləvi məzarlığın yeri Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Sonradan məlum olub ki, Qubada azərbaycanlılarla yanaşı, digər etnik qrupların nümayəndələri də qətlə yetirilib, Ləzgilər, yəhudilər, tatlar da kütləvi məzarlıqda basdırılıb.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın köməkliyi ilə Xocalı şəhərinə hücum edərək insanlığa qarşı ən ağır cinayətlərdən birini törətdilər. Xocalı soyqırımı zamanı 613 dinc sakin, o cümlədən 106 qadın və 70 qoca qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 1275 nəfər girov götürülüb.25 uşaq hər ikisini, 130 uşaq valideynlərindən birini itirib.
Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasının təmin edilməsi bu gün Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetlərindən biridir. 13 ölkənin parlamentləri Xocalı soyqırımını 2011-ci ildə Meksika, 2012-ci ildə Pakistan və Kolumbiya, 2013-cü ildə Çexiya, Bosniya və Herseqovina, Peru, Panama və İordaniya, 2014-cü ildə Sudan və Honduras, 2014-cü ildə Qvatemala 2017-ci ildə Paraqvay. Bundan əlavə, ABŞ-ın 22 ştatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan qətnamələr və digər sənədlər qəbul edib.
ADPU-nun Filologiya Fakültəsi nəzdində
Xarici Dillər Mərkəzinin baş müəllimi Yasəmən Babayeva